Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb

Baş səhifə

Qəzza ilə bağlı danışıq prosesində vasitəçi qismində iştirak edən Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb.

APA-nın xəbərinə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 3 qətərli diplomat Şərm əş-Şeyxdə qəzada ölüb, 2 nəfər isə yaralanıb. Diplomatların Qətət Əmirliyinin Divanında və XİN-də çalışıblar.

Qeyd edək ki, Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.