Qəzza atəşkəsi ilə bağlı “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq

Baş səhifə

Bakı. Trend:

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə
keçiriləcək “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq.

Trend xəbər verir
ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat
yayıb.




“Şarm əl-Şeyxdə Beynəlxalq Sülh Sammiti” 13 oktyabr 2025-ci il,
bazar ertəsi günortadan sonra baş tutacaq.

Tədbirə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ Prezidenti
Donald Tramp həmsədrliy edəcək. Sammitdə 20-dən çox ölkənin dövlət
və hökumət başçısının iştirakı gözlənilir.