Əfqanıstan Almaniyadakı vətəndaşların geri qaytarılması ilə bağlı danışıqlar aparır

Baş səhifə

Almaniya Əfqanıstan hökuməti ilə Əfqanıstan vətəndaşlarının Almaniyadan planlı uçuşlar vasitəsilə repatriasiyası ilə bağlı saziş bağlamağa yaxındır.

APA xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.

Bir müddət əvvəl Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Sonja Kok Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin öz vətəndaşlarının Almaniyadan repatriasiyasına prinsipial razılıq verdiyini açıqlamışdı.

Dobrindtin sözlərinə görə, Almaniya Əfqanıstan vətəndaşlarını təkcə çarter reysləri ilə deyil, həm də müntəzəm reyslərlə geri qaytarmaq istəyir.