“Xaç atası”nın ulduzu Dayan Kiton vəfat edib

Baş səhifə

Bakı. Trend:

Məşhur aktrisa Dayan Kiton 79 yaşında dünyasını dəyişib.

Trend xəbər verir
ki, bu barədə “Variety” məlumat yayıb.




Kiton 1970-ci illərdə Hollivudun ən tanınan simalarından biri
olmuş, Francis Ford Coppola-nın filmlərində iştirak etmişdi. “Enni
Hol” komediyasında baş rol oynadığı üçün “Oskar” mükafatı ilə
təltif edilmişdi.

Aktrisa ömrünün sonuna qədər ailə həyatı qurmamış, lakin iki
uşağı — övladlığa götürdüyü qızı Dekster və oğlu Dyuku
böyütmüşdü.