Almaniyada atışma baş verib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Gisen şəhərinin (Hessen federal əyaləti) mərkəzi
meydanında naməlum şəxs ətrafdakılara atəş açıb, nəticədə bir neçə
nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə DPA agentliyi yerli polis nümayəndəsinə istinadən
məlumat yayıb.

Qeyd olunur ki, insident yerli vaxtla saat 15:10 radələrində
(Bakı vaxtı ilə 17:10) bukmeker kontorlarından birinin yaxınlığında
baş verib.




Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir, lakin
hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükə
olmadığını açıqlayıb. Onun tutulması istiqamətində əməliyyat davam
etdirilir.

Hələlik əlavə təfərrüatlar açıqlanmamışdır.