Azərbaycanın bir qrup hərbçisi Özbəkistana getdi

Baş səhifə

Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Metbuat.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.