Braziliya millisinin üzvü “Qalatasaray”ın hədəfində

Baş səhifə

Bakı. Trend:

PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend Türkiyə
KİV-nə istinadən xəbər verir ki, “Qalatasaray” braziliyalı
futbolçunu transfer etmək istəyir.




İstanbul nəhəngi Beraldonu yanvar ayında heyətinə qatmağa
çalışacaq. “Sarı-qırmızılar”ın planı 21 yaşlı mərkəz müdafiəçisini
satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında “San Paulo”dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm
Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol
vurub.