Bakı. Trend:
Şimali Koreya hakimiyyəti Koreyanın hakim Fəhlə Partiyasının 80
illiyi münasibətilə keçirilən paradda yeni qitələrarası “Hvason-20”
ballistik raketini nümayiş etdirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.
Bildirilib ki, ballistik raket ölkənin “ən güclü nüvə silahı”
adlandırılıb.
“Şimali Koreyanın ən güclü strateji nüvə sistemi olan
“Hvason-20” qitələrarası ballistik raketi meydana çıxanda
tamaşaçıların sevinci pik həddə çatıb”, – deyə bildirilib.

