Beynəlxalq qüvvələr oktyabrın 12-də Qəzza zolağına yerləşdiriləcək

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq qüvvələr oktyabrın 12-də atəşkəsə nəzarət etmək üçün
Qəzza zolağına yerləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Al Hadath” televiziya
kanalı Amerika rəsmisinə istinadən xəbər verib.




Onun sözlərinə görə, Amerika hərbçilərinin də daxil olacağı bu
qüvvələr “atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək”. O
vurğulayıb ki, “Amerika qoşunlarının Qəzzəyə gəlişi bazar günü
səhər baş verəcək”.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, Qəzzada sabitləşdirmə üzrə
beynəlxalq qüvvələrinin missiyası “hümanitar yardımın
çatdırılmasının təşkili, əməliyyat məsələləri və təhlükəsizlik
dəstəyinin təmin edilməsi vəzifələrinə daxil olan mülki-hərbi
koordinasiya mərkəzinin yaradılması” olacaq.