
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı
Qəzza zolağında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrin
liderləri ilə görüş keçirməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən
xəbər verib.
Məlumata əsasən, prezident Tramp gələn həftə Misirə səfəri
zamanı Qəzza ilə bağlı dünya liderləri ilə zirvə görüşü keçirməyi
planlaşdırır. Bildirilib ki, Almaniya, Fransa, Böyük Britaniya,
İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı,
Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin
iştirakı gözlənilir.
Görüşü Misir prezidenti Əbdülfəttah əs-Sisi təşkil edir.
ABŞ rəsmi mənbələri “Trampın sammitdə iştirak etməyi
planlaşdırdığını” qeyd edib. Görüş oktyabrın 13 və ya 14-də Şarm
əl-Şeyxdə baş tuta bilər.


