Bakı. Trend:
ABŞ-nin Tennessi ştatında hərbi zavodda partlayış baş verib.
Trend-in
məlumatına görə, bu barədə “AP” agentliyi xəbər verib.
Partlayış Neşvildən təxminən 60 mil cənub-qərbdə, Baksnort
şəhəri yaxınlığındakı “Accurate Energetic Systems” partlayıcı
maddələrinin istehsalı zavodunda baş verib.
Hamfris dairəsinin şerifi Kris Devis “Accurate Energetic
Systems”də baş verən partlayışı “çox dağıdıcı” adlandırıb.
Bildirilib ki, partlayış “bütün binanı əhatə edib”.
Hikman dairəsinin meri Cim Beyts “ABC News”a bildirib ki, ən azı
13 nəfər itkin düşüb.

