
Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bu gün keçirilən həftəlik brifinqdə deyib.
O bildirib ki, oktyabrın 13-24-də Türkiyənin Qars şəhərində Azərbaycan və Gürcüstanın da iştirakı ilə Sonsuzluq (Eternity) Sülhü Dəstəkləmə Əməliyyatı təşkil olunacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


