Bakıda ağacların dibini kim betonlayıb? – FOTOLAR

Baş səhifə

Bakıda ağacların dibi betonlanıb.

Bu barədə Modern.az-a sakinlər məlumat verib.

Paytaxtın Cəfər Xəndan küçəsində yerləşən ərazidə ağacların dibinə beton töküldüyü bildirilir.

Sakinlərin təqdim etdiyi fotolarda ağacların dibinə tökülən beton aydın şəkildə görünür.

Mütəxəssislər hesab edir ki, ağac köklərinin betonlanması bitkilərin tənəffüsünü dayandırır və bu vəziyyət ekosistemdə zəncirvari təsirlər yaradır. Belə olan halda ağacların kök sistemi hava və su ilə təmasdan məhrum olur, nəticədə yaşıllıq qısa müddətdə məhv ola bilər.

Bakı Şəhər İcra Hakimiyyətinə məsələ ilə əlaqədar sorğu ünvanlanıb. Qurumdan məsələnin araşdırlacağı bildirilir.

1468698

14686991468700

1468701

1468702

1468703