Braziliya millisi yoxlama oyununda Cənubi Koreyanı böyük hesabla məğlub edib

Baş səhifə
Braziliya millisi yoxlama oyununda Cənubi Koreyanı böyük hesabla məğlub edib

Braziliya millisi yoxlama görüşündə Cənubi Koreyanı böyük hesabla məğlub edib.

“Report” xəbər verir ki, “sambaçılar” səfərdə rəqibinin qapısından 5 cavabsız top keçiriblər.

Qonaqların heyətində Estevan Villian (13, 47), Rodriqo (41, 49) və Vinisius Junior (77) fərqləniblər.

Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu Braziliya yığması növbəti yoxlama oyununu 4 gün sonra Yaponiyaya qarşı keçirəcək.