Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib

Baş səhifə
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, növbəti mərhələdə Misli Premyer Liqası təmsilçilərindən “Neftçi” MOİK-lə üz-üzə gələcək.

Həmçinin “Karvan -Yevlax” “Sheky City”ni, “Qəbələ” “Mingəçevir”i qbul edəcək.

“İmişli” səfərdə “Qaradağ Lökbatan”ın, “Şamaxı” “Səbail”in, “Sumqayıt” “Zaqatala”nın, “Turan Tovuz” “Dinamo”nun, “Kəpəz” isə “Ağstafa Gəncləri” komandasının qonağı olacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

“Səbail” – “Şamaxı”

“Göygöl” – “Baku Sportinq”

“Karvan-Yevlax” – “Sheky City”

“Qaradağ Lökbatan” – “İmişli”

“Qəbələ” – “Mingəçevir”

“Cəbrayıl” – “Şəfa”

“Zaqatala” – “Sumqayıt”

“Neftçi” – MOİK

“Xankəndi” – “Difai”

“Dinamo” – “Turan-Tovuz”

“Ağstafa Gəncləri” – “Kəpəz”

“Şimal” – “Şahdağ-Qusar”