“Anglo Asian Mining”in vitse-prezidenti on gün əvvəl şirkətdən əldə etdiyi səhmləri satıb

Baş səhifə

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən mədən şirkəti “Anglo Asian Mining plc”nin vitse-prezidenti İlham Xəlilov bir həftə əvvəl aldığı səhmləri satıb.

APA-Economics” xəbər verir ki, Azərbaycanın AIM birjasında listinqdə olan qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” şirkətinin idarəedici məsul şəxslərindən biri — Azərbaycan Beynəlxalq Dağ-Mədən Şirkətinin vitse-prezidenti İlham Xəlilov şirkətin nizamnamə kapitalında malik olduğu 100 min adi səhmi satıb. O, bu səhmləri sentyabrın 29-da əldə etmişdi. Satış oktyabrın 8-də hər biri 2,05 funt sterlinq qiymətlə 72 000 səhm və 9-da iki əməliyyatla eyni qiymətlə 28 000 səhm olmaqla həyata keçirilib. Əməliyyatlar London Fond Birjasında reallaşdırılıb.

Başqa sözlə, satılan səhmlərin ümumi dəyəri 438 min manat olub.