Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Xocalı. Trend:

Oktyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Xocalı
rayonunun Təzəbinə kəndinə çatıb.

Trend-in Qarabağ bürosu xəbər
verir ki, bu mərhələdə köçürülən 126 nəfərdən ibarət 28 ailəyə
mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
rəsmiləri iştirak ediblər.

Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni
tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

xxx

13:43




Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Xocalı
rayonunun Ballıca və Təzəbinə kəndlərinə köçürüldü.

Trend-in Qarabağ bürosu xəbər
verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ballıca və Təzəbinəyə köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ballıca kəndinə 15
ailə – 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə-126 nəfər
köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.