
Bakı.Trend:
Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.
Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə
ələ keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən
əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim
Eminli saxlanılıb. Polis əməkdaşları tərəfindən mobil telefon maddi
sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs
qətimkan tədbiri seçilib.


