
Heydər Məmmədov
Prokurorluq orqanlarında son illər müasir məzmunlu islahatlar davam etməkdədir və onlar prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir.
“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, 2-ci dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş sayca 27-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
“Xüsusi vurğulamaq istərdim ki, bu istiqamətlərdən – kadr islahatları -bizim üçün müstəsna əhəmiyyətə malikdir. Kadr islahatları, – sistemli şəkildə və strateji ardıcıllıqla həyata keçirilir. Qulluğa qəbulla bağlı müsabiqə bu işdə bizim üçün vacib alət və mühüm mexanizmdir. Bunun təməl prinsipində – müasir və yüksək nəzəri biliyə malik, istedadlı Azərbaycan gənclərinin qulluğa qəbulu dayanır. Yalnız yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, və dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənclər prokurorluq orqanlarında qulluğa qəbul olunur”,- deyə o qeyd edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


