Azərbaycanın qeyri-neft-qaz ixracını 8 %-ə yaxın artırıb

Baş səhifə
Azərbaycanın qeyri-neft-qaz ixracını 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 20,5 % artaraq 841,4 milyon ABŞ dolları olub.