
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric
edilməsini təklif edib.
Trend xəbər verir ki, bu
barədə o, finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşdə deyib.
Buna səbəb İspaniyanın alyansda Trampın beş faiz müdafiə xərcləri
tələbini yerinə yetirməməsidir.
“Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik.
Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz
yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü,
lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var,
bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi
yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, – deyə Tramp
əlavə edib.


