Qəzza sektoruna daxil olan humanitar yardımın həcmi hazırda lazımi səviyyənin 20%-dən azını təşkil edir.
“Report”un məlumatına görə, BMT Baş katibinin humanitar məsələlər müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer jurnalistlərə bəyanat verib.
“Biz çatdırmalı olduğumuz həcmin 20%-dən də azını çatdırırıq. Bizə (Fələstin anklavına – red.) yüzlərlə yük maşınının daxil olması lazımdır”, – o deyib.
Fletçer qeyd edib ki, Qəzza sektorunda atəşkəs bərqərar edildikdən sonra ümumdünya təşkilatı yardım çatdırılmasını “gündə yüzlərlə yük maşını”na qədər artırmaq niyyətindədir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

