A Seriyasında ötən ayın ən yaxşısı seçildi

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu məlum
olub.

Trend turnirin
saytına istinadən xəbər verir ki, bu, “Milan”ın 27 yaşlı hücumçusu
Kristian Pulişiçdir.




ABŞ millisinin üzvü azarkeşlər tərəfindən keçirilən səsvermədə
“Kremoneze”dən Federiko Başirotto, “Napoli”dən Kevin De Bruyne,
“İnter”dən Federiko Dimarko, “Atalanta”dan Nikola Krstoviç və
“Bolonya”dan Rikardo Orsolinini geridə qoyub.

Qeyd edək ki, Pulişiç ötən ay komandanın heyətində 3 matçda
çıxış edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.