Paytaxt məktəbində bir ilk – QR kitabxana yaradıldı

Baş səhifə

Bakı. Trend:

Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı
təşəbbüs reallaşdırılıb. Belə ki, məktəb rəhbərliyinin təşəbbüsü
ilə müəllimlər üçün QR kitabxana yaradılıb.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, QR kitabxanada müxtəlif janrlı resurslar- qısa
hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik
musiqi nümunələri, həmçinin qısametrajlı filmlər toplanıb.
Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu
etdikləri bölmələrə daxil ola bilərlər.




Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli
təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda
təşviq edilməsidir.

Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal
resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar
baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə
verəcəyini düşünür.