TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş
keçirilib.

Trend
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yeyıb.

Bİldirilib ki, görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ
şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları
Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və
qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi
aparılıb.




Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa
xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək
yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin
mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən
ortaq layihələrin əhəmiyyətini vurğulayıb.
TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Mədəniyyət Nazirliyi
ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin
möhkəmlənməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.

Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş
katibə təqdim olunub. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin
icrasına başlayacaq.

Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə
fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı
əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.