
Bakı. Trend:
Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı
2025” keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısında
olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su
resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və
rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji
əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif
panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor
dialoqları təşkil olunub.
Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsində
daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər
iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər
təşkil edilib.
Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək
deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni
tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimi
təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın
dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına
dəstək vermiş olur.
Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixrac
imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının
qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam
etdirəcək.
Unibank-Sənin Bankın!

