Slovakiyada yüzlərlə insan küçələrə çıxıb

Baş səhifə

Bakı. Trend:

Çərşənbə günü axşam saatlarında yüzlərlə insan Slovakiya
İnformasiya Xidmətinin (SIS) rəhbəri Pavol Qaşparın istefasını
tələb edərək Bratislava küçələrinə çıxıb.

Trend xəbər verir
ki, buna səbəb avqust ayında Qaşparın iştirakı ilə baş vermiş
yol-nəqliyyat hadisəsidir.




Etirazçılar “Fitso ilə kifayətdir” və “Qaşpar, istefa ver”
şüarları səsləndiriblər. Aksiyanı müxalifətdəki SaS partiyasından
olan deputat Mariya Kolikova təşkil edib və Qaşparı “xalqa, qanuna
və konstitusiyaya xidmət etməyən hökumətin simvolu” adlandırıb.

Mitinqdə çıxış edən digər müxalif siyasətçi Alois Qlina bildirib
ki, bu aksiya bir sıra etiraz tədbirlərinin yalnız
başlanğıcıdır.