Netanyahu bütün girovların Qəzzadan qaytarılacağına ümid etdiyini bildirib

Baş səhifə
Netanyahu bütün girovların Qəzzadan qaytarılacağına ümid etdiyini bildirib

Benyamin Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir.

“Report” xəbər verir ki, bu, onun ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamasından sonra ilk qısa şərhi olub.

İsrail baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahu deyib: “Allahın köməyi ilə onların hamısını evlərinə qaytaracağıq”.