Qəzzədə atəşkəs çox yaxındır – TRAMP

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə İsrail və Fələstin arasında aparılan danışıqların “müsbət istiqamətdə” davam etdiyini bildirib.

Modern.az-ın məlumatına görə, Amerika lideri jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda Misirdə hər iki tərəfin nümayəndə heyətləri arasında intensiv müzakirələr aparılır və nəticələr ümidvericidir:

“Müzakirələr çox müsbət gedir. Həftəsonu Orta Şərqə gedə bilərəm. Qəzzədə atəşkəs çox yaxındır.”

Tramp əlavə edib ki, ABŞ diplomatik vasitələrlə regionda sabitliyin bərpasına çalışır və Vaşinqton bu prosesi yaxından izləyir.