
İspaniya çempionatının “Barselona” – “Vilyarreal” matçı Mayamidə keçiriləcək.
“Report”un məlumatına görə, bu barədə İspaniya liqasının (La Liqa) mətbuat xidməti məlumat yayıb.
Oyun İspaniya liqasının tarixində ölkədən kənarda keçiriləcək ilk oyun olacaq. Qarşılaşma 20 dekabr 2025-ci ildə “Hard Rock Stadium”da keçiriləcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


