
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin
12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə
səfərdədir
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qardaş ölkəyə səfər çərçivəsində
general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı
həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi
nəzərdə tutulub.


