
Bakı. Trend:
Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB
məlumat yayıb.
Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə
qaldırılması məqsədilə 09.10.2025-ci il tarixdə saat 10:00-dan
işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta
təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan
qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.


