
Bakı. Trend:
Bu ilin oktyabrın ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə
uçotda olan 53.139 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər,
5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 8,1 faiz, o cümlədən fiziki şəxslərin
sayı 8,2 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.701 vahid olub. 2025-ci
ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 87,1 faizi
elektron, 12,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata
alınıb.


