
Bakı. Trend:
Bu ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan
1.653.132 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi
hüquqi şəxs və digər təşkilatlar olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin
sayı 4,5, hüquqi şəxslərin sayı 7,2 faiz artıb.
Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq
200.806 vahid təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında
10.724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki,
bunun da 88,5 faizi yerli investisiyalı, 11,5 faizi xarici
investisiyalıdır.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi
məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi
kooperativ və s. formalarda yaradılıb.
Kommersiya qurumlarının 85 faizi elektron qaydada qeydiyyata
alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin
e-qeydiyyatının xüsusi çəkisi isə 96,3 faiz təşkil edib.


