Paşinyan Brüsseldə beynəlxalq konfransda iştirak edəcək

Baş səhifə
Paşinyan Brüsseldə beynəlxalq konfransda iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 8-9-da Belçikaya işgüzar səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, N.Paşinyan Brüsseldə ikinci “Global Gateway” beynəlxalq konfransında iştirak edəcək.

Səfər çərçivəsində həmçinin xarici tərəfdaşlarla görüşlər planlaşdırılır.