
Bakı. Trend:
Türkiyədə Gömrük Mühafizə orqanı əməkdaşları Ağrı, Edirnə və
Iğdırda keçirdiyi üç fərqli əməliyyatda ümumilikdə 4 milyard 385
milyon Türk Lirəsi dəyərində narkotik maddələr ələ keçirib.
Bu barədə Trend
Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, ölkəyə daxil olmaq üçün gömrük ərazisinə gələn
şübhəli nəqliyyat vasitələrində axtarışlar aparılıb, 1167
kiloqramdan çox maye metamfetamin, 114 kiloqram marixuana,
ümumilikdə təxminən 1,3 ton narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Doğubayazıt, Edirnə və Aralık Respublika
Prokurorluqlarında cinayət işləri açılıb.


