
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət
Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil
rəqəmsal imzanın İnternet
Vergi İdarəsinə inteqrasiyası uğurla davam
etdirilir.
Artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi
bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq
təmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlət
büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid
formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin
“SİMA
İmza” ilə göndərilməsi mümkün olub. Qeyd edək ki, bu
bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi
gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında
ödəniləcək vergilər hesablanır.
Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.az
veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq
vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək
kifayətdir.
Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı
ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza”
mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar
(hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZ
promokodunu daxil etmək kifayətdir. Qeydiyyatdan
sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı
tələb olunmayacaq.
“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü
ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq
təmin edilib.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən
olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA
İmza” tətbiqinin endirilmə sayı 5 milyona yaxındır. Rəqəmsal imza
əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki
daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil
tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə
bilərsiniz.


