Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Baş səhifə
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındaki beton dirəyə çırpılıb.

Qəza zamanı sürücü və onun sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.\

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda fakt araşdırılır.