Keçmiş UFC çempionu Makqreqor 18 ay müddətinə diskvalifikasiya olunub

Baş səhifə

Bakı. Trend:

İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor antidopinq
qaydalarını pozduğuna görə 18 ay müddətinə diskvalifikasiya
olunub.

Trend-in
məlumatına görə, bu barədə UFC-nin saytında bildirilib.




Keçmiş UFC çempionu keçən il üç bioloji testi buraxmışdı ki, bu
da pozuntu sayılır.

“UFC idmançılarından əvvəlcədən xəbərdarlıq etmədən onlarla
əlaqə saxlamaq və bioloji testdən keçmək üçün hər zaman dəqiq yer
məlumatı təqdim etmələri tələb olunur. Makqreqorun iştirak etməməsi
13 iyun, 19 sentyabr və 20 sentyabr 2024-cü il tarixlərində baş
verib və hər dəfə CSAD (Dopinqle Mübarizə üzrə Antidopinq
Agentliyi) tərəfindən onları yer məlumatlarının verilməsində
pozuntular kimi təsnif edib”, – deyə bidirilib.