Salyan rayonunda baş verən avtoqəzada bir ailənin altı üzvü xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər – Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

