Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Baş səhifə
Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli şəxs tutulub.

Bu barədə “Report”a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.