
Qəbələ. Trend:
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının
qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son
dərəcə vacibdir.
Trend
xəbər verir ki, bu sözləri Qəbələdə Türk Dövlətləri Təşkilatının
(TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq
təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyinin rəmzi kimi
daha mühüm rol oynamaq potensialına malikdir.
“Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu
Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl
səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin
bərqərar edilməsinə hesablanıb”, – deyə o əlavə edib.

