Bakı. Trend:
İran Fars vilayətinin cənubunda yerləşən “Bazan” qaz yatağında
böyük həcmində təbii qaz ehtiyatlarını kəşf etdiyini açıqlayıb.
Yatağın ehtiyatları 10 trilyon kubfut həcmində
qiymətləndirilir.
Trend xəbər verir ki, bunu
İranın neft naziri Məhəmməd Baknejad bildirib.
“Səkkiz il ara verəndən sonra, kəşfiyyat işlərinə davam etdik və
ikinci kəşfiyyat quyusunu qazdıq. Bu da mühüm bir nailiyyətə
gətirib çıxardı”, – deyə nazir əlavə edib.

