Sabunçuda yaşayış binasında yanğın: 2 nəfər zəhərləndi

Baş səhifə

Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca telefon və internet kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.