Ucar sakini su hovuzuna düşərək ölüb

Baş səhifə

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA– nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.