
Bakı. Trend:
1 sentyabr tarixinə olan vəziyyətə görə, Azərbaycanda orta
sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 137
milyon manat təşkil edib.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu rəqəm 1 avqust 2025-ci illə müqayisədə 119
milyon manat və ya 5,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə
isə 390 milyon manat və ya 22,3 faiz çoxdur.
Belə ki, 1 avqust 2025-ci il tarixinə Azərbaycanda orta
sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 17
milyon manat, 1 sentyabr 2024-cü il tarixinə isə 1 milyard 747
milyon manat olub.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə Azərbaycanda biznes
kreditləri portfelinin ümumi həcmi 15 milyard 92 milyon manat
təşkil edib.


