Ötən ay iri sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin sentyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat təşkil
edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, bu, cari ilin avqust ayının 1-i ilə müqayisədə
186,7 milyon manat və ya 2,3% az, ötən ilin eyni dövrünə nisbətən
isə 186,7 milyon manat və ya 2,4% çoxdur.




Belə ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,221 milyard
manat, 2024-cü ilin sentyabrın 1-nə isə 7,848 milyard manat
idi.

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-nə Azərbaycan
banklarının biznes kredit portfelinin həcmi 15,092 milyard manat
təşkil edib.