Son 5 ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub? – STATİSTİKA

Baş səhifə

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk
dəfə miokardın kəskin infarktı diaqnozu qeydə alınan xəstələrin
sayı 2 911 nəfər olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika
Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 882-si kişi,
1 029-u isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29
yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü
göstərib.

2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə
statistik göstəricilər isə aşağıdakı kimi olub:




2020202120222023
say/nəfər2229225222052646
kişilər1437145714261711
qadınlar792795779935
18-29 yaşda63565566
30 və yuxarı yaşda2166219621502580

Həmçinin, 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində
həyatında ilk dəfə miokardın təkrar infarktı
diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər
olub

Vurğulanıb ki, onlardan 480-i kişi,
313-ü isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29
yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü
göstərib.

2020-2023-cü illərin miokardın kəskin təkrar diaqnozu üzrə
statistik göstəricilər isə aşağıdakı kimi olub:

2020202120222023
say/nəfər1143868601721
kişilər709537364437
qadınlar434331237284
18-29 yaşda15878
30 və yuxarı yaşda1128860594713