
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə
zəif duman olacağı gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18, gündüz 21-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85
%, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı,
duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10,
gündüz 15-20 dərəcə isti olacaq.


