Gürcüstanda bir sıra müxalifətçi hakimiyyəti devirməyə çağırışda ittiham olunub

Baş səhifə
Gürcüstanda bir sıra müxalifətçi hakimiyyəti devirməyə çağırışda ittiham olunub

Həbsdə olan gürcü müxalifətçilər Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, qrup zorakılığının təşkili, rəhbərliyi və iştirakında ittiham olunub, onlar 9 ilədək azadlıqdan məhrum edilə bilərlər.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında deyilir.